İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın hiyləsi baş tutmadı: ABŞ o tankeri ələ keçirmək üçün plan hazırlayıb

ABŞ əvvəllər Venesuela və İran neftini daşıyan və ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında olan kölgə donanmasının “Marinera” (əvvəllər "Bella 1") tankerini ələ keçirmək üçün yeni bir əməliyyat keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı CBS News ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, tanker əvvəllər Panamada bayraq altında üzüb və 2024-cü ildə İran nefti ticarəti etdiyinə görə sanksiyaya məruz qalıb. Dekabrda Venesuelaya gedərkən ABŞ Sahil Mühafiəzi Xidməti tərəfindən nəzarətə götürüb. Yaxalanmaqdan yayınmaq üçün tankerin üzərinə Rusiya bayrağı çəklilib, daha sonra Rusiya onu yeni adla öz gəmi reyestrinə daxil edərək onun təqibinin dayandırılması üçün ABŞ-a müraciət göndərib.

ABŞ hakimiyyəti, Rusiyanın müraciətini hüquqi saymadığı üçün "The Skipper" tankerinə qarşı son əməliyyata bənzər şəkildə, gəmini batırmaqdansa, ələ keçirməyə üstünlük verir. CBS-in məlumatına görə, missiya bu həftənin əvvəlində baş tuta bilər.

 NYT və TankerTrackers-in məlumatına görə, tanker qaçmağı bacarıb və hazırda onun dəqiq yeri məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR