İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft emalı zavodu VURULDU: Partlayışlar və yanğın BAŞLADI - VİDEO

Krasnodar diyarının Slavyansk-na-Kuban şəhərində yerləşən neft emalı zavodu (NEZ) pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Ukraynanın monitorinq qruplarının məlumatına görə, zərbə nəticəsində zavod ərazisində yanğın baş verib.

Rusiyanın SHOT Telegram kanalı hücumun azı üç saat davam etdiyini, yerli sakinlərin isə minimum 18 partlayış səsi eşitdiyini bildirib.

Rəsmi qurumlar hücum faktını təsdiqləyiblər. Bildirilir ki, beş fərdi yaşayış evi zərər görüb, iki nəfər xəsarət alıb, həmçinin elektrik təchizatı şəbəkəsində zədələnmələr qeydə alınıb.

@@TVmusavat/135368@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR