İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya KÜTLƏVİ HÜCUM: Moskvadan Leninqrada qədər 18 region ATƏŞ altında

Rusiyanın bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 553 dron vurulub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna ordusu hücum zamanı Novqorod, Kursk, Bryansk, Belqorod, Kaluqa, Smolensk, Tver, Pskov, Oryol, Tula, Lipetsk, Kostroma, Ryazan, Rostov, Leninqrad, Moskva, Krasnodar və Stavropol vilayətlərini hədəfə aldı. Hava hücumu Ukraynanın işğal edilmiş Krım yarımadası, Qara və Azov dənizlərini də əhatə edib.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tver vilayətinin Kalininski rayonunda “Wildberries” şirkətinin anbarına dronlarla zərbə endirib. Vilayətin qubernatoru Vitali Korolyov məlumat yayıb. O bildirib ki, hücum anbarda yanğına səbəb olsa da, ən qısa müddətdə söndürülüb. “Anbar işçilərindən heç biri xəsarət almayıb. Hazırda hadisə yerində təcili yardım xidmətləri obyektin təhlükəsizliyini təmin edir”, - Korolyov vurğulayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Ukraynada ehtiyatda olan polkovnik Elxan Nuriyevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR