İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı o qanun ABŞ Konqresində son mərhələyə çatdı

ABŞ Nümayəndələr Palatası prosedur səsverməsi zamanı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Musavat.com xəbər verir ki, Nümayəndələr Palatasının 214 üzvü qanun layihəsinin lehinə, 211 qanunverici əleyhinə səs verib.

Bundan sonra qanun layihəsi Palatanın yekun səsverməsinə təqdim olunub. Fox News-un verdiyi məlumata görə, səsvermə bu gün baş tuta bilər.

Qanun layihəsinin müəllifi əsasən 11 iyulda vəfat edən ABŞ senatoru Lindsi Qrem idi. Senat qanun layihəsini 7 avqustda təsdiqləyib. Nümayəndələr Palatası tərəfindən təsdiqlənərsə, qanun layihəsi imzalanması üçün Trampa göndəriləcək.

Qanun layihəsi Rusiyanın ən yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə məhdudiyyətlər və Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutur. Sənədə görə, ABŞ Rusiya neft və qazının əsas alıcıları olan ölkələrə 100 faiz tarif tətbiq edə bilər. Bundan əlavə, sənəddə İrana qarşı sanksiyaların sərtləşdirilməsi tədbirləri də nəzərdə tutulur.

Konqresdəki demokratlar Trampın bu qanundan digər ölkələrə qarşı yüksək tarif tətbiq etmək üçün istifadə edəcəyindən narahatdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR