İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı sanksiya qanunu Senatda ikinci səsvermədən də keçdi

ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarını sərtləşdirməyi nəzərdə tutan qanun layihəsi ABŞ Senatında ikinci prosedur səsverməsindən də keçib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, layihənin lehinə 84, əleyhinə 12 senator səs verib. Bu nəticələr göstərir ki, qanun layihəsi yekun səsverməyə təqdim olunacaq.

Qanun layihəsi üzrə ilk prosedur səsverməsi 28 iyulda baş tutub. Həmin vaxt 86 senator lehinə, 12-si isə əleyhinə səs vermişdi.

Senat Respublikaçıları həftənin sonuna qədər qanun layihəsi üzrə yekun səsverməyə keçməyi gözləyirlər. Qanun layihəsinin əsas təşəbbüskarı senator Lindsi Qrem olub.

Amerika media orqanları qeyd edir ki, senatorlar qanun layihəsinin təsdiqini 10 avqustda başlayacaq yay tətilindən əvvəl başa çatdırmağı planlaşdırıblar.

Qanun layihəsi daha sonra hazırda tətildə olan və sentyabr ayında işini bərpa edəcək Nümayəndələr Palatasına təqdim olunacaq.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar qanun layihəsinə İranın ticarət tərəfdaşlarına tarif tətbiq etmək variantını əlavə etməyi təklif etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR