İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah bu rayonda qaz olmayacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 14-də saat 10:00-dan etibarən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin "Təyyarə Meydanı" yaşayış massivinin və H. Əliyev prospektinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR