İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsilli turist Bakıda: “Heç bir maneə ilə qarşılaşmadım” - VİDEO

Sentyabrın 24-dən 26-dək Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi təkcə idman mübarizəsi ilə deyil, həm də paytaxtımızın ev sahibliyi etdiyi xarici qonaqların maraqlı təəssüratları ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, minlərlə turist arasında Rusiyanın Sankt-Peterburq şəhərindən bacısı ilə birlikdə Bakıya səfər edən erməni əsilli Olqa Tamazyan da olub.

Olqa Tamazyan səfər boyunca yaşadığı təcrübəni və Bakı təəssüratlarını sosial şəbəkə hesablarında aktiv şəkildə paylaşıb. Onun paylaşımları qısa zamanda minlərlə istifadəçinin diqqətini cəlb edib, geniş müzakirələrə səbəb olub.

"Sual yazdıqlarıma cavab gəldi: Əlbəttə, gözləyirik, gəlin..."

Səfərdən öncə mülahizələr və müəyyən narahatlıqlar keçirdiyini gizlətməyən O.Tamazyan Bakıya gəlməzdən əvvəl aidiyyəti qurumlarla əlaqə saxladığını bildirib:"Ən əsası onu demək istəyirəm ki, mən əvvəlcədən bu səfərə maksimum dərəcədə hazırlaşmışdım. Mümkün olan bütün xidmətlərə və rəsmi qurumlara yazmaq qərarına gəldim. Hər kəsdən cavab gəldi: "Əlbəttə ki, biz sizi gözləyirik, gəlin, heç bir problem yaşanmamalıdır".

Səfər müddətində heç bir maneə ilə qarşılaşmadığını qeyd edən blogger, Bakıda keçirdiyi vaxtdan, yarış atmosferindən və şəhərin qonaqpərvərliyindən razı qaldığını bildirib.

Bakı beynəlxalq idman və tolerantlıq mərkəzi kimi

Azərbaycan növbəti dəfə sübut etdi ki, ev sahibliyi etdiyi qlobal tədbirlər çərçivəsində təhlükəsizlik, tolerantlıq və yüksək təşkilatçılıq standartlarını tam təmin edir. Milliyyətindən və mənşəyindən asılı olmayaraq, idman həvəskarlarının Bakıda rahat və təhlükəsiz şəkildə yarışları izləməsi Azərbaycanın açıq və müasir ölkə imicini bir daha nümayiş etdirir.

Olqa Tamazyanın sosial şəbəkələrdəki paylaşımları və müsbət rəyləri, xüsusən erməni cəmiyyətində və xarici mediada mövcud olan bəzi yanlış təsəvvürləri dağıtmaq baxımından diqqətçəkən addım kimi qiymətləndirilir.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR