İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR