Onlayn ictimai-siyasi qəzet
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi ölkəyə mümkün qayıdışını elan edərək, rejimə qarşı ən sərt və açıq çağırışlardan biri ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, videomüraciətində nəqliyyat, neft-qaz və energetika başda olmaqla, strateji sahələrdə çalışan işçiləri ümummilli tətilə başlamağa səsləyib. Rza Pəhləvinin sözlərinə görə, məqsəd artıq yalnız etiraz aksiyaları keçirmək deyil.
“Hədəf küçələrə çıxmaqdan ibarət deyil. Məqsəd şəhərlərin mərkəzlərini ələ keçirməyə və onları nəzarətdə saxlamağa hazırlaşmaqdır”,-deyə o bildirib.
Pəhləvi həmçinin açıq şəkildə İrana qayıtmağa hazırlaşdığını bəyan edib:
“Milli inqilabımızın qələbəsi anında sizin yanınızda olmaq üçün vətənə dönməyə hazırlaşıram. Mən inanıram ki, o gün artıq çox yaxındır”.
Bu bəyanat İranda davam edən etirazlar fonunda səslənib və Pəhləvinin ilk dəfə olaraq hakimiyyətin faktiki ələ keçirilməsindən açıq danışması ilə diqqət çəkir. Analitiklər bunu rejim üçün ciddi siyasi siqnal və yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ