İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şahmat oynayan İran, dama oynayan Tramp...”

Kanadanın nüfuzlu nəşrlərindən olan "The Chronicle Herald" qəzeti Vaşinqton-Tehran qarşıdurmasına fərqli rakursdan baxışı əks etdirir.

Musavat.com xəbər verir ki, dərc edilən bu siyasi karikaturada İranın ali dini lideri Əli Xamenei şahmat fiqurları ilə, ABŞ prezidenti Donald Trump isə dama daşları ilə təsvir olunub.

Karikaturanın müəllifinə görə, Tehran uzunmüddətli və çoxgedişli siyasi hesablamalar aparır, Tramp administrasiyası isə daha sadə və emosional taktikalara üstünlük verir. Yəni burada söhbət təkcə oyundan yox, geosiyasi düşüncə fərqindən gedir.

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə yayımlanan bu karikatura Qərb mediasında ABŞ-ın İran siyasətinə yönələn tənqidi baxışların növbəti nümunəsi hesab olunur.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR