Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının “Rosselxoznadzor” adlanan agentliyi sabahdan etibarən Ermənistandan bütün karantin məhsullarının idxalını məhdudlaşdıracaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 12 iyundan başlayaraq Rusiya Ermənistandan karantin məhsullarının tədarükünə və Avrasiya İqtisadi Birliyinə bu cür yüklərin tranzitinə məhdudiyyətlər tətbiq edəcək. Agentlik karantin orqanizmlərinin müntəzəm aşkarlandığını bildirib.
“Rosselxoznadzor” bildirib ki, göndərilən malların təhlükəsizliyini və izlənilə bilənliyini təmin etmək üçün xüsusi bir alqoritm hazırlanana qədər məhdudiyyətlər qüvvədə qalacaq.
Qərar karantin orqanizmlərinin sistematik aşkarlanması səbəbindən verilib. Bu ilin may ayından etibarən xidmət müəyyən növ Ermənistan karantin məhsullarının idxalını tədricən məhdudlaşdırıb və Ermənistan tərəfinə təchizatdakı fasilələr barədə dəfələrlə məlumat göndərib.
Bəyanatda deyilir ki, iyun ayında Ermənistandan idxal edilən qoz-fındıq, quru şaftalı və quru pomidorlarda xapra böcəyinin yoluxmasının üç halı aşkar edilib.
Departament xatırladıb ki, son həftələrdə Ermənistan mallarının müəyyən kateqoriyalarına artıq məqsədyönlü məhdudiyyətlər tətbiq edilib. Bunlara müəyyən meyvə-tərəvəz, çiçəklər, spirtli içkilər və “Cermuk” mineral suyu daxildir.
Maraqlıdır: bəs 7 iyun seçkisində eks-prezident Robert Koçaryanın və rusiyalı iş adamı Samvel Karapaetyanın partiyaları qalib gəlsəydi, “Rosselxoznadzor” quru şaftalıda xarpa böcəyinin yoluxmasının heç olması bir halını tapacaqdımı?
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ