Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətinin Şçyolkovo şəhəri yaxınlığında Çin istehsalı "Lixiang L6" markalı elektromobil şarjda olarkən yanıb.
Musavat.com xəbər verir ki, bu barədə "SHOT" telegram kanalı məlumat yayıb.
Hadisə "Varejki-3" kottec qəsəbəsində baş verib.
Maşının sahibi orada olmayıb. Qonşular partlayış səsi eşidib və yanıq qoxusu hiss edib, lakin kömək etmək mümkün olmayıb - avtomobil saniyələr içində külə dönüb.
Yanğın nəticəsində mühərrik hissəsindən əsər-əlamət qalmayıb. Salon da tamamilə yanıb.
İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. Ehtimal edilir ki, sürücü şarj cihazını söndürməyi unudub.
Maşın 2024-cü il istehsalıdır. Rəsmi dilerdən 10 ay əvvəl 4,7 milyon rubl (95 min manat) qarşılığında alınıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ