İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarmat qalmaqalı: Rusiyanın strateji raket zavodunun direktoru saxlanıldı


Rusiya hərbi sənayesində növbəti korrupsiya qalmaqalı üzə çıxıb.

Musavat.com xəbər verir ki, “RIA Novosti”nin məlumatına görə, “Krasmaş” zavodunun baş direktoru Aleksandr Gavrilov saxlanılıb və hazırda istintaq təcridxanasındadır.

Mənbələrin bildirdiyinə görə, o, vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində həbs olunub. Eyni zamanda yerli deputat İvan Qavrilovun 3 milyon rubl məbləğində rüşvət almaqda ittiham edildiyini açıqlayıb.

Məlumata görə, zavodda artıq iki həftədir istintaq tədbirləri aparılır.
55 yaşlı Qavrilov 2005-ci ildən “Krasmash” müəssisəsində çalışıb və 2018-ci ildən baş direktor vəzifəsini tutub. O, həmçinin yaxın aylarda “Vahid Rusiya” partiyasından seçkilərə qatılmağı planlaşdırırdı.

Qeyd edək ki, “Krasmaş” Roskosmos strukturuna daxildir və ölkənin ən böyük hərbi sənaye müəssisələrindən biri sayılır. Zavodda strateji əhəmiyyətli RS-28 Sarmat raket kompleksi istehsal olunur.

Bu raket uzun illərdir Rusiyanın “super silahı” kimi təqdim edilsə də, layihə ciddi problemlərlə üzləşib. Prezident Vladimir Putin “Sarmat”ın hələ 2020-ci ildə silahlanmaya qəbul ediləcəyini vəd etsə də, bu baş verməyib.

Son sınaq 2025-ci ilin noyabrında uğursuz olub—raket havada partlayaraq parçalanıb.

Qeyd edək ki, 2026-cı ilin aprelində “Krasmaş” zavodu Avropa İttifaqı tərəfindən sanksiyalar siyahısına daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR