İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaş yenidən başlayır: İsrail sui-qəsdlərə hazırlaşır, ABŞ hərəkətə keçdi

İsrail rəhbərliyinin İrana qarşı yeni açıqlamaları bölgədə gərginliyin daha da artırıb. Musavat.com xəbər verir ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinin də yenidən döyüşə hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.

İsrailin müdafiə naziri İsrail Katz bildirib: “Baş nazir və mənim tərəfimdən İsrail Müdafiə Ordusuna (IDF) İrana qarşı müstəqil İsrail hərbi əməliyyatına hazırlaşmaq tapşırılıb.”

Nazir daha sonra əlavə edib: “Danışıqlar başlayanda irəli sürdükləri ilk şərtlərdən biri hədəfli sui-qəsdlərin dayandırılması olur. Bu İsrail metodu onları çılğına çevirir.”

Bununla yanaşı, Yaxın Şərqdə yerləşən ABŞ ordu birliklərinin yenidən döyüşə hazır vəziyyətə gətirildiyi bildirilir.

Eyni zamanda, Fars körfəzində ABŞ-ın strateji erkən xəbərdarlıq təyyarələrinin fəallığının müşahidə olunduğu bildirilir. Məlumata görə, həmin təyyarələr Səudiyyə Ərəbistanındakı hərbi aerodromlardan havaya qalxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR