Onlayn ictimai-siyasi qəzet
"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma olub.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.
İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.
Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ