İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə 1 yaşlı körpə qəfil öldü

Şəki rayonunun Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib.

Musavat.com Bizim.Media-ya istinadən xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib.

Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, körpənin epilepsiyası tutub və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, beş gün öncə A. Zəkəriyayevanın 1 yaşı tamam olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2026

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR