İnsanlara hürriyət, millətlərə istiqlal!

“Seltik” “Qarabağ”la yeni danışıqlara başladı

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın futbolçusu Kamilo Duranı transfer etmək üçün danışıqları davam etdirir.

Bu barədə Britaniyanın "Daily Record" nəşri məlumat yayıb.

Bildirilib ki, Qlazqo təmsilçisi kolumbiyalı hücumçunun keçidi ilə bağlı "Qarabağ"la yeni danışıqlara başlayıb. Şotlandiya çempionunun 1,7 milyon funt sterlinqlik ilk təklifi rədd edilsə də, tərəflər hazırda yeni razılaşma üzərində işləyirlər.

Məlumata görə, "Qarabağ" 24 yaşlı futbolçu üçün təxminən 3 milyon funt sterlinq tələb edir.

Başqa bir xəbərə görə, artıq futbolçunun agenti danışıqlar üçün Şotlandiyaya gedib.

Qeyd edək ki, Kamilo Duran ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq diqqət mərkəzinə düşüb./qol.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR