İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator Merfi: “Tramp İranla müharibəyə nəzarəti itirib”

Demokrat senator Kris Merfi hesab edir ki, Donald Tramp administrasiyası münaqişəyə "nəzarəti itirib".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Merfi senatorlar üçün qapalı brifinqlərdən sonra vəziyyətlə bağlı şərh verərkən yazıb: "Region alov içindədir. İndi Trampın bu müharibəyə nəzarəti itirdiyi tamamilə aydındır. O, İranın qisas almağa hazırlığını ciddi şəkildə səhv hesablayıb.

Senator İranın Hörmüz boğazını bağlamasını əsas təhdidlərdən biri kimi göstərib: “Tramp İranın boğazı bağlamayacağına əmin idi. O, səhv edib”. O, qeyd edib ki, boğaz bağlı qalsa, bu, qlobal tənəzzülə səbəb olacaq.

Merfinin sözlərinə görə, Vaşinqtonun təhlükəsiz naviqasiyanı necə tez bir zamanda bərpa etmək barədə dəqiq bir planı yoxdur. “İranın "minlərlə kiçik dron, sürət gəmisi və dəniz minası" var və bu cür aktivləri tamamilə zərərsizləşdirmək olduqca çətindir”, - Merfi yazıb.

Senator həmçinin müharibənin getdikcə "dron müharibəsinə" çevrildiyini və İranın regionun neft infrastrukturuna davamlı zərbələr endirməyə qadir olduğunu bildirib.

O yazıb ki, Fars körfəzi dövlətləri artıq raketlər və dronlar üçün tutucuların çatışmazlığı ilə qarşılaşmağa başlayır.

Merfi münaqişənin genişlənə və regiondakı daha çox ölkəyə təsir edə biləcəyi barədə xəbərdarlıq edib. O, İranla müttəfiq qüvvələrin İsrailə və İraqdakı Amerika obyektlərinə zərbələrindən, eləcə də Livan, Suriya və Yəməndə eskalasiya riskindən bəhs edib.

Trampın müharibəyə son qoymaq planının olmadıığını qeyd edən senator bildirib ki, quru işğalı minlərlə amerikalı ölümü ilə nəticələnən Armageddon demək olardı.

Sonda Merfi administrasiyanıa çağırış edərək yazıb ki, indi Trampın edə biləcəyi ən yaxşı şey itkiləri azaltmaq və müharibəyə son qoymaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR