İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ-a qarşı HƏRƏKƏTƏ KEÇDİ - ŞOK DETALLAR AÇIQLANDI

İranın hərbi-dəniz qüvvələrinə məxsus sürətli katerlər və pilotsuz uçuş aparatı Hörmüz hövzəsində ABŞ bayrağı altında üzən neft tankerinə təhlükəli şəkildə yaxınlaşıb.

Musavat.com xəbər verir ki, iki SEPAH qayığı və bir İran istehsalı olan “Mohajer” pilotsuz uçuş aparatı M/V Stena Imperative neft tankerinə “yüksək sürətlə” yaxınlaşaraq gəmini ələ keçirməklə hədələyib.

Məlumat ABŞ Mərkəzi Komandanlığı — CENTCOM tərəfindən açıqlanıb. Bildirilir ki, insident zamanı İran tərəfinin manevrləri təhlükəli xarakter daşıyıb və beynəlxalq sularda gərginliyi artırıb. ABŞ qüvvələrinin operativ reaksiyası nəticəsində tankerə minilməsinə yol verilməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR