Onlayn ictimai-siyasi qəzet
Serbiya baş nazirinin müavini, Daxili işlər naziri və Serbiya Sosialist Partiyasının (SPS) sədri İvitsa Daçiçin vəziyyəti ağırdır.
Musavat.com xəbər verir ki, məlumatı Serbiya Prezident Aleksandar Vuçiç açıqlayıb.
Vuçiç hökumət üzvləri ilə birlikdə Serbiya Klinik Mərkəzinin pulmonologiya klinikasında Daçiçi ziyarət edib: "Hamımız Baş nazirin müavinini və SPS sədrini birlikdə ziyarət etdik. Vəziyyət ağırdır, amma biz həkimlərə inanırıq, ona güvənirik və onun üçün dua edirik".
Mərkəzdəki Pulmonologiya üzrə köməkçi direktor Spasoje Popeviç xəstənin vəziyyətinin son dərəcə ağır olduğunu və Daçiçə ağır pnevmoniya diaqnozu qoyulduğunu bildirib.
Bliç nəşri daha əvvəl bir mənbəyə istinadən Daçiçin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Mənbənin məlumatına görə, nazirin vəziyyəti əvvəllər diaqnoz qoyulmuş ikiqat pnevmoniyadan sonra kəskin şəkildə pisləşib və o, süni tənəffüs aparatına bağlanıb.
Musava.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ