Onlayn ictimai-siyasi qəzet
Yaxın vaxtlarda kasko sığorta ilə bağlı yeniliklər tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.
Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığorta bazarının canlandırılması və əhalinin sığorta bazarına inamının artırılması üçün sığorta sahəsində beynəlxalq standartlara əsaslanan müəyyən dəyişikliklərin həyata keçirilməsi vacibdir.
Ekspertin sözlərinə görə, sığorta hadisəsi baş verdikdə zərərin hansı hissəsini sığortalının özü ödəyəcəyi müqavilədə əvvəlcədən açıq şəkildə yazılmalıdır.
Ekspert hesab edir ki, bu məsələlərlə bağlı dəyişiklik edilərsə, gələcəkdə kasko sığortasına maraq daha da arta bilər.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ