İnsanlara hürriyət, millətlərə istiqlal!

Sikorski Zelenskiyə: “Bir təşəkkür desə, tacı yerə düşməzdi”

Musavat.com xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə prezidenti Karol Navrotskinin “Ukraynaya verdiyimiz dəstək üçün Zelenskidən təşəkkür gözləyirik” açıqlamasına münasibət bildirib.

Nazir bu cür gözləntilərin müharibə şəraitində “yerində olmayan və xoş qarşılanmayan” davranış olduğunu deyib.

Bununla yanaşı, Sikorski Ukrayna liderinin diplomatik jest göstərə biləcəyini də qeyd edib:

“Zelenskinin tacı yerə düşməzdi, əgər Polşa ərazisindən keçəndə prezident sarayına baş çəkmək üçün xahiş etsəydi”.

Nazirin bu açıqlaması Varşava–Kiyev münasibətlərinin son dövrdəki gərgin fonunda geniş müzakirələrə səbəb olub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR