İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət 87 yaşlı qadını evdən çıxardı– Ölkə üsyana qalxdı - VİDEO

İspaniyanın paytaxtı Madriddə 87 yaşlı Marikarmen Abaskalın 71 il yaşadığı evdən çıxarılması böyük etirazlara səbəb olub.

Musavat.com xəbər verir ki, əlilliyi olan Marikarmen indiyədək mənzil üçün ayda təxminən 500 avro ödəyirdi. Binanın Urbagestión şirkətinin mülkiyyətinə keçməsindən sonra isə ondan daha yüksək kirayə haqqı tələb olunub. Son mərhələdə tələb edilən məbləğin ayda 2650 avroya çatdığı, qadının pensiyasının isə 1350 avro olduğu bildirilir.

Bu, Marikarmeni evdən çıxarmaq üçün dördüncü cəhd olub. BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi də prosesin dayandırılmasını istəyib. Buna baxmayaraq, sentyabrın 23-də məhkəmə qərarı icra olunub.

87 yaşlı qadın evdən xərəkdə çıxarılıb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Madrid meriyası ona müvəqqəti olaraq qocalar evində yer təklif etsə də, Marikarmen bu variantı qəbul etməyib.

Hadisədən əvvəl onun yaşadığı binanın qarşısına təxminən 500 nəfər toplaşmışdı. Marikarmenə dəstək verənlər arasında Ana Belen, Karlos Bardem və Xuan Dieqo Botto kimi tanınmış sənətçilər də olub. Polis etirazçıları ərazidən uzaqlaşdırıb.

Qadının evdən çıxarılmasından sonra etirazlar daha da böyüyüb. Sonrakı aksiyalardan birinə təxminən 10 min nəfər qatılıb. Etirazçılar Marikarmenə mənzil verilməsini tələb edib, müxtəlif siyasi şüarlar səsləndiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR