Onlayn ictimai-siyasi qəzet
Avqustun 10-da Ukraynanın Nijnekamsk şəhərinə (Tatarıstan, Rusiya) dron hücumu zamanı 8 Özbəkistan vətəndaşı həlak olub.
Musavat.com gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, daha əvvəl hücum zamanı ölən 13 nəfər arasında 7 Özbəkistan vətəndaşının olduğu qeyd olunurdu.
Fövqəladə Hallar Nazirliyi ölənlərin tikinti şirkətində çalışan əmək miqrantları - fəhlələr olduğunu qeyd edib. Bir neçə Özbəkistan vətəndaşı da müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Özbəkistan prezident Şavkat Mirziyoyevin göstərişi ilə baş nazirin müavini Açilbəy Ramatovun rəhbərlik etdiyi hökumət komissiyası yaradılıb. Bu komissiyaya bir neçə nazirlik və qurumun rəhbərləri daxildir.
Komissiyaya qurbanlara lazımi yardım göstərmək, mərhumların cəsədlərini vətənlərinə qaytarmaq və ailələrinə hərtərəfli dəstək göstərmək tapşırılıb.
Ölkənin Fövqəladə Hallar, Xarici İşlər və Səhiyyə nazirliklərinin, eləcə də Miqrasiya Agentliyinin və digər müvafiq qurumların nümayəndələrinin daxil olduğu xüsusi işçi qrupu Rusiyaya göndərilib.
Özbəkistan mediasında Rusiya-Ukrayna müharibəsində həlak olan özbəkistanlılarla bağlı materiallar dərc olunur. Əsas vurğu ona edilir ki, Özbəkistan dövləti bu müharibədə tərəflərin heç birini yox, öz vətəndaşlarının tərəfini tutmalı, onları qorumalıdır.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ