İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ Venesuela planını açıqladı

ABŞ-nin vitse-prezidenti Cey Di Vens prezident Donald Trampın Venesuela böhranı ilə bağlı bir neçə real çıxış yolu təklif etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Vensin sözlərinə görə, Tramp proses boyunca mövqeyini açıq və birmənalı şəkildə ifadə edib: narkotik ticarəti dayandırılmalı, oğurlandığı iddia edilən neft isə ABŞ-a qaytarılmalıdır.

ABŞ vitse-prezidenti vurğulayıb ki, Nikolas Maduro Trampın dediklərinin sadəcə siyasi bəyanat deyil, konkret niyyət və plan olduğunu ən sonda anlayan şəxs olub.

Vens bildirib ki, Tramp danışdığı kimi hərəkət edən liderdir və bu yanaşma Venesuela rəhbərliyinə açıq mesaj olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR