Onlayn ictimai-siyasi qəzet
Polşa Baş naziri Donald Tusk Polşa sərhədi yaxınlığındakı Yaqodin stansiyasına Rusiyanın zərbələrindən sonra hökumət, ordu və təhlükəsizlik xidmətlərinin nümayəndələri ilə təcili iclas keçirib.
Musavat.com xəbər verir ki, iclas Hökumət Təhlükəsizlik Mərkəzində baş tutub.
Tədbirdə Daxili İşlər Nazirliyinin, Milli Müdafiə Nazirliyinin və ölkənin təhlükəsizlik qurumlarının nümayəndələri iştirak ediblər.
Varşava Rusiyanın Ukrayna ərazisində eskalasiyanı dərinləşdirilməsinin Polşa ərazisinə təsir göstərə biləcəyi ehtimalını istisna etmir. Xüsusilə Tusk bildirib ki, Rusiya fəaliyyətini artırır və Polşa vəziyyətin mümkün pisləşməsinə hazır olmalıdır:
"Bilməliyik ki, bu gündən etibarən daha intensiv şəkildə işləyəcəyik. Bilirik və gözləyə bilərik ki, qarşıdakı həftələr və aylar Rusiyanın çox intensiv hərəkətləri dövrü olacaq. Təəssüf ki, gərginləşmənin ərazimizə də təsir edəcəyi ehtimalını istisna edə bilmərik".
Musavat.com
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ