İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İran HƏRƏKƏTƏ KEÇDİ - ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

İrana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "Flightradar24" resursu məlumat yayıb.

Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib. Komandanlıq bildirib ki, ABŞ hərbi gəmilərinin üzərindən uçuşlar və ya İran sürət gəmilərinin ABŞ gəmilərinə təhlükəli yaxınlaşması kimi manevrlər qəbul olunmayacaq.

CENTCOM açıqlamasında vurğulayıb ki, "ABŞ qüvvələri, regional tərəfdaşlar və ya kommersiya gəmiləri yaxınlığında hər hansı təhlükəli və ya qeyri-peşəkar davranış münaqişə və eskalasiya riskini artırır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR