Onlayn ictimai-siyasi qəzet
Özbəkistanda tanınmış müğənninin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə dəhşət yaşanıb.
Musavat.com xəbər verir ki, Səmərqənd vilayətində baş verən faciədə 35 yaşlı müğənni Zebinoso Nosirova, səhnə adı ilə Zeboyi Jahon həyat yoldaşı tərəfindən boğularaq öldürülüb. Bu barədə "Milliy" telekanalında yayımlanan "Millar" proqramında məlumat verilib.
İlkin məlumata görə, 33 yaşlı kişi uşaqları görmək məqsədilə Taylak rayonuna gəlib. Lakin keçmiş cütlük arasında yaranan gərginlik faciəyə çevrilib – ailə mübahisəsi cinayətlə nəticələnib.
Mərhum sənətçinin üç azyaşlı övladı var. Şübhəli şəxs artıq saxlanılıb və faktla bağlı araşdırmalara başlanılıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ