Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin dron hücumu nəticəsində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Musavat.com xəbər verir ki, Rusiya rəsmisi bu barədə verdiyi bəyanatda hücumları kəskin pisləyib.
Mixail Qaluzin mövzu ilə bağlı çıxışında deyib:
"Biz Qara dəniz və hətta Aralıq dənizi sularında dinc mülki gəmilərə hava və dəniz dronları vasitəsilə kimlərin hücum etdiyini çox yaxşı bilirik".
Qeyd edək ki, Azov dənizində mayın 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisə ilə məlumat yayıb.
Məlumatda bildirilib ki, heyətdə ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub:
"Sözügedən xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər".
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ