İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet əfsanəsi küçədə: Mi-26T şəhərdən keçirildi - VİDEO

Belarusun paytaxtı Minskdə qeyri-adi görüntülər qeydə alınıb. Dünyanın ən böyük seriya istehsalı olan helikopterlərindən biri sayılan Mi-26T-nin gövdəsi şəhər küçələri ilə daşınıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda nəhəng helikopter gövdəsinin xüsusi platforma üzərində Minsk küçələrindən keçirildiyi görünür. Mi-26T-nin hara aparıldığı və daşınmanın hansı məqsədlə həyata keçirildiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Mi-26T sovet aviasiya sənayesinin ən məşhur layihələrindən biri hesab olunur. İlk uçuşunu 1977-ci ildə həyata keçirən bu helikopter bu gün də dünyanın ən iri yükdaşıyan helikopteri statusunu qoruyur.

Helikopter 20 tona qədər yük qaldıra bilir. Onunla tanklar, zirehli texnika, iri sənaye avadanlıqları və hətta digər hava nəqliyyatı vasitələrinin hissələri daşınır. Mi-26T-nin maksimal uçuş kütləsi 56 ton, maksimal sürəti isə saatda 295 kilometrdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR