İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt ABŞ Nümayəndələr Palatasının işini çətinləşdirir – POLITICO

Musavat.com xəbər verir ki, süni intellektin hazırladığı qanun layihələrinin sayının artması ABŞ Nümayəndələr Palatasının iş yükünü artırıb.

Məlumata görə, süni intellekt vasitəsilə hazırlanmış bir çox qanun layihəsində hüquqi səhvlər, qanunvericiliyə yanlış istinadlar, eləcə də həddindən artıq qeyri-müəyyən və uzun ifadələr yer alır.

Qanunvericilik üzrə hüquq məsləhətçisinin ofisi süni intellektlə hazırlanmış layihələrin düzəldilməsinə sıfırdan yeni qanun layihəsi hazırlamaqdan daha çox vaxt sərf etməli olur. Bu isə onsuz da yüksək olan iş yükünü daha da artırır.

ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, bu cür səhvlər qanunların qəbulunu gecikdirə, məhkəmə iddialarına səbəb ola və dövlət qurumları ilə məhkəmələrin şərh etməkdə çətinlik çəkəcəyi qarışıq hüquqi normaların yaranmasına gətirib çıxara bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR