Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Türküstan vilayətində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Meteorologiya Mərkəzi ilə birgə süni yağışın yağdırılması layihəsinə start verilir.
Musavat.com xəbər verir ki, bu təşəbbüs regionda su qıtlığı probleminin aradan qaldırılmasına xidmət edəcək.
Layihənin əsas məqsədi su anbarlarında su ehtiyatlarını artırmaq və kənd təsərrüfatı rayonlarının su təminatını yaxşılaşdırmaqdır.
Xüsusilə quraqlıqdan əziyyət çəkən ərazilər üçün bu texnologiyanın tətbiqi həyati əhəmiyyət kəsb edir.
Mütəxəssislərin fikrincə, Qazaxıstan Orta Asiya regionunda süni yağış texnologiyalarını praktiki şəkildə tətbiq etməyə başlayan ilk ölkədir. Bu innovativ addım bölgədəki ekoloji tarazlığın qorunmasına və aqrar sektorun inkişafına yeni təkan verəcək.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ