Onlayn ictimai-siyasi qəzet
Suriyanın Əl-Həsəkə əyalətinin kənarında yerləşən hökumətyönlü Suriya qüvvələrinə edilən hücum nəticəsində üç əsgər həlak olub, bir neçə nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Suriya hökuməti hücumda SDF ilə əlaqəli silahlı qrupları günahlandırıb.
İŞİD silahlılarının saxlanıldığı eyniadlı şəhərdəki həbsxananın yaxınlığında da toqquşmalar baş verdiyi bildirilir. Bəyanatda vurğulanır ki, "bu cür hərəkətlər ciddi təhlükəsizlik nəticələrinə səbəb ola bilər, sabitliyi təhdid edə, xaosa və terrorizmə qayıdışa yol aça bilər".
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ