Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sabiq deputatı, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimliyə ağır itki üz verib.
Musavat.com-un məlumatına görə, T.Kərimlinin bacısı Saabxanım ana uzun sürən xəstəlikdən sonra vəfat edib.
Mərhumə bu gün Şamaxı şəhər qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, mərhumə həm də şəhid anasıdır. Oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) riyaziyyat fakültəsinə daxil olsa da, 1992-ci il 16 iyununda könüllü olaraq Ağdam uğrunda döyüşlərə qatılıb və 18 iyunda şəhid olub.
Allah hər ikisinə rəhmət eləsin, T.Kərimliyə və bütün ailə üzvlərinə səbr versin.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ