Onlayn ictimai-siyasi qəzet
Aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib, qaraciyər nəqli üçün uyğun donor gözləyir.
Musavat.com xəbər verir ki, bir müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparan məşhur aktyorun qardaşı bu haqda sosial mediada məlumat yayıb.
O, aktyorun sağlamlıq vəziyyəti ilə bağlı bunları bildirib:
"Qardaşım bir neçə ildir qaraciyər çatışmazlığı və sirrozdan müalicə alır. Son testlər onun MELD balının 22-yə yüksəldiyini göstərdi. Buna uyğun olaraq həkimlərimiz orqan nəqli qərarı veriblər və hazırda uyğun donor gözləyirik.
Onun əhval-ruhiyyəsi yüksəkdir və proses mütəxəssis qrupları tərəfindən yaxından izlənilir. Dualarını və xoş arzularını bildirən hər kəsə təşəkkür edirik. Bu həssas proses zamanı şəxsi həyatımızın qorunmasını xahiş edirik".
Qeyd edək ki, aktyor Ufuk Özkan "Geniş Aile", "Oflu hoca", "Emret Komutanım", "Cenazemize Hoşgeldiniz", "Aile Terbiyesi", "Adalet" kimi bir çox film və seriallarda rol alıb.
Könül
Musavat.com
.jpg)
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ