İnsanlara hürriyət, millətlərə istiqlal!

Taylandda taksi sürücüləri ruslardan pul almır – Nazimovların qətlinin nəticəsi

Taylandın Pattaya kurortunda bir çox velosiped taksi sürücüsü Nazimovun qardaşı və bacısının qətlindən sonra ruslardan pul almağı dayandırıb. Bu barədə Asiya ölkəsində yaşayan bir rusiyalı İnstaqramda @julimiroshnichenko məlumat verib.

Rus qadının sözlərinə görə, taksi sürücüləri onlayn tərcüməçidən istifadə edərək "Səfəriniz pulsuzdur. Bunun ölkəmizdə baş verdiyinə görə çox təəssüf edirik. Zəhmət olmasa, başsağlığımızı qəbul edin" ifadəsini yazır.

"Düşünürəm ki, bu, insanların bir-birinə necə münasibət bəslədiyini göstərən kiçik jestlərdir", - deyə qadın şərhdə yazıb.

Videonun müəllifi əlavə edib ki, baş verənlər Tayland üçün istisnadır. O, iki ildir ki, ölkədə yaşayır və heç vaxt taylandlıların mənfi davrandığı bir vəziyyətlə qarşılaşmayıb.

Təxminən beş il əvvəl Rusiyadan Taylanda mühacirət edən qardaş-bacı Nazimovlar 26 iyulda Pattayada itkin düşüblər. Bir neçə günlük axtarışdan sonra onların motosikleti sökülmüş və basdırılmış vəziyyətdə tapılıb. Polis tezliklə cinayətkarları tapıb və həbs edib.

Cinayətkarlar rusların öldürdüklərini etiraf ediblər. Onlar qətli şahidi olan yerli ailəni də öldürüblər. Bu cinayətə görə onları edam cəzası gözləyir.

Tayland hakimiyyəti baş verən hadisəyə görə Rusiyadan üzr istəyib.

Bir sıra ekspertlər düşünürlər ki, bu hadisə turizm ölkəsinin beynəlxalq reputasiyasına ciddi zərər vurub və bu özünü turizm sektorunun gəlirlərində özünü göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR