İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-İran danışıqları cümə günü Omanda keçiriləcək

Əraqçıdan diqqətçəkən açıqlama: ABŞ-la nüvə danışıqları cümə günü Maskatda olacaq.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə nüvə danışıqlarının cümə günü Omanın paytaxtı Maskatda keçirilməsinin planlaşdırıldığını bildirib.

Musavat.com xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında yazıb. 

caption.jpg (120 KB)

Nazirin paylaşımına görə, görüşün cümə günü saat 10:00 radələrində Maskatda baş tutması nəzərdə tutulur. O, danışıqlar üçün lazımi hazırlıqların görüldüyünü qeyd edərək Oman tərəfinə təşəkkür edib: “Bütün lazımi tədbirləri gördüyünə görə Omanlı qardaşlarımıza minnətdaram”.

Xatırladaq ki, son günlər danışıqların formatı və məkanı ilə bağlı müxtəlif məlumatlar yayılmışdı. Əraqçının paylaşımı görüşün məhz Maskatda keçiriləcəyini təsdiqləyib. 

 

Musavat.com

photo_2026-02-05_00-10-44.jpg (104 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR