İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bakıdan Naxçıvana uçan təyyarə... - Ermənistan mediası YAYDI

Azərbaycanın yük aviadaşıyıcısı olan “Silk Way” aviaşirkətinə məxsus təyyarələrin Ermənistanın hava məkanından istifadə etdiyi məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Sputnik Armeniya” nəşri məlumat yayıb.

Məlumata görə, daşıyıcıya məxsus İl-76TD tipli yük təyyarələrindən birinin marşrutu “Flightradar24” aviaservisində qeydə alınıb.

Bildirilir ki, təyyarə əvvəlcə Bakıdan Naxçıvana Gürcüstan və Türkiyə üzərindən uçub, daha sonra isə Naxçıvandan Bakıya qayıdarkən Ermənistanın hava məkanından keçib. Nəşr uçuş marşrutunun skrinşotunu da yayımlayıb.

Məlumat Ermənistanın “Armaeronaviqatsiya” qurumu tərəfindən də təsdiqlənib. Qurumdan bildirilib ki, bu cür uçuşlar ilk dəfə deyil və oxşar hallar 2025-ci ildə də, əsasən “mürəkkəb meteoroloji şərait” səbəbindən baş verib.

Qeyd olunur ki, “Silk Way” aviaşirkəti uzun müddətdir Azərbaycan üçün daşımalarda, eləcə də Bakı–Naxçıvan istiqamətində xüsusi təyinatlı reyslərdə istifadə olunur.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR