Onlayn ictimai-siyasi qəzet
Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi 7700 (fövqəladə vəziyyət) və 7500 (təyyarənin qaçırılma təhlükəsi) həyəcan siqnallarını ötürüb.
Musavat.com xəbər verir ki, təyyarə heyəti ilə əlaqə kəsilib, İsrail tərəfi isə təcili olaraq qırıcı təyyarələrini havaya qaldırıb. Marşrutunu dəyişən layner Təl-Əvivdən uzaqlaşmağa başlayıb.
Göyərtədə təxminən 180 sərnişinin olduğu bildirilir.
Məlumatlar dəqiqləşdirilir.
“Channel 14” telekanalının məlumatına görə, vəziyyətə tam aydınlıq gələnədək Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb.
Həmçinin qeyd olunur ki, İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats baş verən insidentlə bağlı ölkənin ali hərbi rəhbərliyi ilə təcili məsləhətləşmələr aparırlar.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ