Onlayn ictimai-siyasi qəzet
Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurmalar baş verib.
Musavat.com-un xəbərinə görə, müxtəlif mənbələrin məlumatında bildirilir ki, qarşıdurmalara Milli Həmrəylik Hökumətinin yüksək vəzifəli rəsmisi Əbdül Qani əl-Kiklinin qətlə yetirilməsi səbəb olub.
Bəzi xəbərlərdə isə hadisələrin mümkün dövlət çevrilişi cəhdi ilə bağlı olduğu qeyd edilir.
Hazırda şəhərdə güclü atışma səsləri eşidilir.
Tripolinin beynəlxalq hava limanı fəaliyyətini dayandırıb, reyslər Misurataya yönləndirilib. Liviyanın Daxili İşlər Nazirliyi şəhər sakinlərini evlərindən çıxmamağa çağırıb və paytaxtda komendant saatı elan olunub.
@@TVmusavat/114932@@
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ