İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya ŞOK MESAJ verdi - Bu ilin qışında...

Rusiya Müdafiə Nazirliyinin Ukraynaya qarşı qışla bağlı paylaşdığı təhdid xarakterli mesaja Ukrayna Silahlı Qüvvələrindən diqqətçəkən cavab verilib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sosial şəbəkə hesabında uçuşda olan hücum PUA-larının fotosunu yayımlayıb. Paylaşımda Ukraynaya ünvanlanan “qışda donacaqsınız” mesajı yer alıb. Nazirlik bununla Ukraynanın enerji və liman infrastrukturuna qarşı hücumlarını davam etdirəcəyinə işarə edib.

Ukrayna tərəfi isə cavabı gecikdirməyib. Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Direktorluğu Rusiyadakı neft emalı zavodlarından birində baş verən yanğının fotosunu paylaşaraq, “rus neft emalı zavodlarının alovu ilə isinəcəyik” ifadəsini işlədib.

Beləliklə, tərəflər arasında sosial mediada da qarşılıqlı təhdid və mesajlaşma davam edib.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ölkəsinin qarşıdakı qışı keçirməsi üçün ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduğunu bildirmişdi. Zelenskinin sözlərinə görə, Ukraynanın qışı başa vurması üçün ABŞ-ın “Patriot” raket ehtiyatının təxminən 5 faizi, Rusiyanın bütün ballistik raketlərinin qarşısının alınması üçün isə 10 faizi tələb olunur.

Musavat.com

 
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR