Onlayn ictimai-siyasi qəzet
İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyinin Telegram kanalı qurumun İsmail Bəqaiyə istinadən yayıb.
Bəqayi bildirib ki, razılaşma ilə bağlı birgə bəyanat tezliklə yayılacaq: "Tərəflər nəzərdən keçirilən marşrutun coğrafi parametrlərini razılaşdırıb və üçüncü tərəflərin etirazları istisna olmaqla, iki ölkənin razılaşdırılmış əsas müddəaları və əsas məqamları özündə əks etdirən birgə bəyanatı da son baxış və hazırlıq mərhələsindədir".
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ