İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda səs-küylü qətl: "Bəsic" komandiri ÖLDÜRÜLDÜ

İranın paytaxtı Tehranda "Bəsic" mülki-hərbi qüvvələrinin komandiri Məhəmməd Əli Atariya öldürülüb. İran mənbələrinin verdiyi məlumata görə, hadisə Tehranın Baxner küçəsində yerləşən nəzarət-buraxılış məntəqəsində baş verib.

Musavat.com xəbər verir ki, müxalif resurslar Atariyanın paytaxtda keçirilən etiraz aksiyalarının yatırılmasında və gənc nümayişçilərin ölümündə birbaşa iştirak edən əsas şəxslərdən biri olduğunu iddia edirlər. Onun öldürülməsi şəhərdə təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsinə səbəb olub.

Məlumata görə, hadisədən dərhal sonra ərazi gücləndirilmiş nəzarətə götürülüb və hücumu həyata keçirənlərin axtarışına başlanılıb. Rəsmi Tehran hələlik hadisənin təfərrüatları və qatillərin kimliyi barədə geniş açıqlama verməyib, lakin bu qətl ölkədəki daxili gərginliyin yeni bir mərhələyə keçdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR