İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan "düşmən" gəmilərinə kəskin maneə – Bölgədə müharibə rüzgarı

Hörmüz boğazında İran və ABŞ hərbi dəniz qüvvələri arasında gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, İran ordusunun dəniz qüvvələrinin operativ müdaxiləsi nəticəsində ABŞ və İsrailə məxsus esmineslərin boğaza daxil olmasının qarşısı alınıb.

İran dövlət teleradio şirkətinin yaydığı rəsmi məlumatda bildirilir ki, "düşmən qüvvələrin" strateji əhəmiyyətli Hörmüz boğazına girmək cəhdi uğursuzluqla nəticələnib. Məlumata əsasən, İran ABŞ hərbi gəmisinə iki raketlə hücum edib. Gəminin ciddi zərər gördüyü bildirilir. Pentaqon isə bu məlumatın yalan olduğunu açıqlayıb.

İran tərəfi bu addımı bölgənin təhlükəsizliyini qorumaq məqsədilə atdıqlarını və hər hansı təhdidə qarşı dərhal cavab verəcəklərini bəyan edib.

Bu insident onsuz da gərgin olan beynəlxalq sularda vəziyyəti daha da mürəkkəbləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR