İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan gizli HƏRƏKƏT: İrandakı NÜVƏ OBYEKTİ sürətlə bərpa olunur

İran Tehranın cənub-şərqində, təxminən 30 kilometrlik məsafədə yerləşən Parçin hərbi kompleksindəki strateji nüvə obyektinin bərpasını kəskin şəkildə sürətləndirib.

Musavat.com xəbər verir ki, "Iran International" telekanalının yaydığı peyk məlumatlarına əsasən, Tehran rəhbərliyi aparılan işləri kəşfiyyat peyklərindən gizlətmək üçün bütün ərazini nəhəng brizent qatla örtüb. Örtüyün altında isə buldozerlər, özüboşaldan yük maşınları, kranlar və betonqarışdıran texnikalar dayanmadan çalışır.

Paralel olaraq, İran tərəfi mümkün yeni hava zərbələrindən qorunmaq məqsədilə qurğunun dəmirlə möhkəmləndirilmiş beton mühafizə qatını daha da gücləndirir.

Bu, artıq sözügedən obyektin sayca üçüncü bərpa mərhələsidir. İsrail Hərbi Hava Qüvvələri 2024-cü ilin oktyabrında ilkin tikiliyə dağıdıcı zərbə endirmişdi. Lakin İran qısa müddətdə obyekti bərpa edərək beton mühafizənin altında partlayıcı maddələr üçün yeni xüsusi konteyner quraşdırdı.

2026-cı ilin martında İsrail aviasiyası bunkerləri məhv edən ağır bombalarla obyektə növbəti ağır zərbə endirdi. İyun ayından etibarən təmir işlərinə başlayan İran rəhbərliyi, peyk görüntülərindən də göründüyü kimi, hazırda tikintini maksimum templə davam etdirir.

"Taleqan-2" obyekti İranın keçmiş "AMAD" nüvə proqramı və xüsusi partlayıcı maddələrin sınaqdan keçirilməsi ilə birbaşa əlaqələndirilir. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) bu strateji kompleksin yenidən bərpasını qlobal təhlükəsizlik üçün ciddi təhdid və həyəcan siqnalı kimi qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR