İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Parisə ağır şillə: "Mənəvi üstünlüyünüzü itirmisiniz, simasızlar"

İranın Xarici İşlər Naziri Abbas Əraqçi Fransanın başqalarına insan hüquqları dərsi keçmək haqqını itirdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, "X" sosial şəbəkə hesabında paylaşım edən diplomat Fransa kimi ölkələrin bütün dünyaya "insan hüquqları" və beynəlxalq hüquq haqqında mühazirə oxumağı dayandırmalı olduğunu bildirib.

Əraqçi Parisin yürütdüyü siyasəti açıq-aşkar ikiüzlülük və utanc verici addım kimi qiymətləndirib.

İran XİN rəhbəri vurğulayıb ki, Fransanın İsrailin Qəzzada törətdiyi soyqırıma və İrana qarşı təcavüzkar addımlarına verdiyi dəstək bu ölkənin sahib olduğunu zənn etdiyi bütün mənəvi üstünlüyünü tamamilə məhv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR