İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın raketləri "anbarlarda qaldı" – Buraxılış qurğuları darmadağın edilib

ABŞ və İsrailin fevralın 28-dən bəri İrana qarşı həyata keçirdiyi "Epic Fury" əməliyyatı nəticəsində Tehranın ballistik raket imkanlarına sarsıdıcı zərbə vurulub.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyi Pentaqon və kəşfiyyat mənbələrinə istinadən İranın raket buraxılış qurğularının 90%-dən çoxunun məhv edildiyini yazıb. Agentlik qeyd edir ki, müttəfiq qüvvələr 2025-ci ilin yayında baş verən eskalasiyadan "dərs çıxararaq" bu dəfə fərqli taktika seçiblər: əsas hədəf raketlərin özü deyil, onların buraxılış qurğuları və komanda məntəqələridir.

Bu strategiyanın uğurlu olmasının bir neçə səbəbi var:

 Raketlərin özünü yeraltı tunellərdə gizlətmək və ehtiyatını toplamaq mümkün olsa da, böyük həcmli buraxılış qurğularını (launchers) sürətlə əvəz etmək və ya gizlətmək qeyri-mümkündür. Bu qurğular məhv edildikdə, İranın əlində minlərlə raket olsa belə, onları atəşləmək imkanı itir.

Məkanın itirilməsi: İsrail və ABŞ-ın "nüfuzedici" bombaları yeraltı bunkerlərin çıxışlarını ("corking") sıradan çıxararaq raketlərin tunellərdən çıxarılmasını qeyri-mümkün edib.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin məlumatına görə, əməliyyatın 11-ci günündə İranın ballistik raket buraxılış intensivliyi ilk günlə müqayisədə 92% azalıb. Əgər müharibənin ilk günü (28 fevral) 480-dən çox raket atılmışdısa, martın 9-da bu rəqəm cəmi 40-a düşüb.

Buna baxmayaraq, "Bloomberg" xəbərdarlıq edir ki, İran qalan az sayda mobil qurğuları ilə daha ağır başlıqlı raketlərdən istifadə edərək strateji hədəfləri, o cümlədən Körfəz ölkələrindəki neft terminallarını və HHM radarlarını hədəf almağa davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR