İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefon gətirən şagirdlərə sərt cəza: Telefonlar sındırıldı - VİDEO

Çində özəl məktəblərdən birində keçirilən qeyri-adi tədbir böyük müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Çində özəl məktəblərdən birində müəllimlər şagirdlərin gözü qarşısında təxminən 100 mobil telefonu çəkiclə parçalayıb.

Bildirilib ki, bu addım dərsə telefon gətirən şagirdləri çəkindirmək və məktəb qaydalarını pozmağın hansı nəticələrə səbəb olacağını göstərmək məqsədi daşıyıb.

Məlumata görə, sındırılan telefonlar əvvəllər məktəb qaydalarını pozduqları üçün şagirdlərdən götürülmüş cihazlar olub. Məktəb rəhbərliyi onların illər ərzində sahibləri tərəfindən geri götürülmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR