İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) bu gecə növbəti döyüşünü keçirib.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb.

İdmançılar üç raund ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Yekunda hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) məğlub olub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR