Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp deyib ki, Ağ Ev yaxınlığında Milli Qvardiyanın iki əməkdaşına edilən hücum zəif miqrasiya siyasətinin ölkə üçün böyük təhlükə olduğunu göstərir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Tramp Əfqanıstanı “yer üzündə cəhənnəm çuxuru” adlandırıb. Onu sözlərinə görə, rəhbərlik etdiyi administrasiyası Co Bayden dövründə ölkəyə gələn hər kəsi yoxlayacaq.
ABŞ prezidenti həmçinin Minnesota ştatına diqqət çəkərək, “bir zamanlar böyük olan bu dövləti parçalaya-parçalaya gedən yüz minlərlə somalilidən” şikayətlənib.
Onun açıqlamaları, ölkədə miqrantlara və sərhəd nəzarətinə dair siyasətin daha da sərtləşdiriləcəyinə işarə kimi qiymətləndirilir.
Tramp bildirib ki, o, “burada yeri olmayan və ölkəmizə fayda verməyən” hər kəsi ölkədən çıxarmaq istəyir.
“Əgər onlar ölkəmizi sevmirlərsə, bizə lazım deyillər”, – o əlavə edib.
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ